...

Medvedev, Sadıqov və Qarayev Avropa Liqasında “Top-50”də

İdman Materials 24 İyun 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

Avrokuboklarda 2024/25 mövsümünün startına 15 gün qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qitə miqyaslı turnirlərin startı ərəfəsində Avropa Liqasında ən çox oyun keçirən futbolçular açıqlanıb.

“Top-50”də Azərbaycanın üç təmsilçisi yer alıb. İkinci dərəcəli klub turnirində 73 matç keçirən Maksim Medvedev 12-ci yerə şərikdir. O, Mehmet Topal və Daniel Karrisu ilə eyni göstəriciyə malikdir. 66 oyuna çıxan Rəşad Sadıqov 30-cu, iki matç geri qalan Qara Qarayev 41-cidir.

Futbolçularımız dəqiqə sayında da ön sıralardadır. Medvedev 5963, Sadıqov 5902 dəqiqə meydanda olub. Onlar müvafiq olaraq 16-cı və 17-cidir. Qarayev (5206) 37-ci yerdədir.

Qeyd edək ki, hər iki göstəricidə Cüzeppe Berqomi liderdir. “İnter”in italiyalı futbolçusu 96 matçda 8477 dəqiqə şans qazanıb.

Xəbər lenti

Xəbər lenti