Bakı. Trend:
ABŞ-da keçirilən Amerika kuboku davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 1/4 final mərhələsinin ikinci oyununda Venesuela və Kanada üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yarımfinalçı penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan Kanada finalın bir addımlığına yüksəlib. Şimali amerikalılar bu mərhələdə Argentina ilə görüşəcək.
Onlar qrup mərhələsində də bir-birinə rəqib olub. Həmin görüşdə “albiselesta” 2:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 1/4 finalın son iki görüşü bu gecə keçiriləcək.
Amerika kuboku
1/4 final
6 iyul
Venesuela - Kanada – 1:1, pen. 3:4
Salomon Rondon, 64 - Yakob Şaffelburq, 13