...

Həsrət Cəfərov ən gənc güləşçilər sırasında

İdman Materials 15 İyul 2024 19:27 (UTC +04:00)

Bakı. Trend:

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) da adı var.

Güləşçimiz ən gənc pəhləvanların yer aldığı siyahıda 13-cüdür. Bu göstəricidə lider 18 yaşlı Şimali Koreya güləşçisi Sol Qum Pakdır.

Paris-2024: ən gənc güləşçilər – TOP-15

1. Sol Qum Pak (Şimali Koreya) – 18 yaş, qadın güləşi

2. Antim Antim (Hindistan) – 19 yaş, qadın güləşi

3. Amit Elor (ABŞ) – 20 yaş, qadın güləşi

4. Akari Fudzinami – 20 yaş, qadın güləşi

5. Kennedi Bleyds (ABŞ) – 20 yaş, qadın güləşi

6. Qabidja Dilayt (Litva) – 20 yaş, qadın güləşi

7. Said Esmaili (İran) -21 yaş, sərbəst güləş

8. Aman Aman (Hindistan) – 21 yaş, yunan-Roma güləşi

9. Avrora Russo (İtaliya) – 21 yaş, qadın güləşi

10. Nonoka Ozaki (Yaponiya) – 21 yaş, qadın güləşi

11. Ahmet Tazudinov (Bəhreyn) – 21 yaş, sərbəst güləş

12. Alireza Moxmedipiani (İran) – 21 yaş, yunan-Roma güləşi

13. Həsrət Cəfərov (Azərbaycan) – 21 yaş, yunan-Roma güləşi

14. Zayneb Sqain (Tunis) – 21 yaş, qadın güləşi

15. Amirali Azarpira (İran) – 21 yaş, sərbəst güləş.

Xəbər lenti

Xəbər lenti