Bakı. Trend:
“Barselona” İlkay Gündoğanla yollarına ayırmağa hazırdır.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, klubdan almaniyalı futbolçuya bu barədə məlumat verilib.
Kataloniya klubu İlkaya gələcək təklifləri dəyərləndirəcək. “Barselona” yüksək maaş alan Gündoğanı satmağı planlaşdırıb. O, 2023/2024 mövsümündə komandanın heyətində 51 oyunda 5 qol vurub, 14 ötürmə edib. 33 yaşlı futbolçunun 1 illik müqaviləsi var.
Qeyd edək ki, İlkay komandanı tərk edəcəyi təqdirdə Niko Uilyams və ya Dani Olmo ilə müqavilə imzalanması gözlənilir.