...

İnanıram ki, idmançılarımız Paris-2024-də uğurlu çıxış edəcəklər - Fərid Qayıbov

İdman Materials 23 İyul 2024 05:48 (UTC +04:00)
İnanıram ki, idmançılarımız Paris-2024-də uğurlu çıxış edəcəklər - Fərid Qayıbov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ilk nümayəndə heyətimiz Paris-2024 Yay Olimpiya Oyunlarına yola düşür.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının ilk nümayəndə heyətinin yolasalma mərasimi keçirilib. Nazir bildirib ki, yığmamızın Fransa paytaxtında uğurlu çıxışına inanır: “Artıq iyulun 25-də kamandan oxatma yarışlarında Yaylagül Ramazanova çıxışına başlayacaq. Bir gün sonra Olimpiadanın açılış mərasimi olacaq. Hər bir idmançımız, federasiyamız bu yarışa səylə hazırlaşıb. İnanıram ki, təmsilçilərimiz psixoloji cəhətlikləri də arxada qoyublar və uğurlu çıxış edəcəklər”.

Qayıbovun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin komandası artıq Olimpiya kəndindədir və komanda gələnədək son hazırlıq işlərini görürlər: “Hazırlıqlar sürətlə gedir. Demək olar ki, hər şey hazırdır. Sadəcə olaraq, azarkeşlərin dəstəyi önəmlidir. Bütün idmançılarıma uğurlar arzulayıram”.

Qeyd edək ki, Olimpiadada 48 idmançımız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti