Bakı. Trend:
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Sabah” avrokuboklarda mübarizəyə başlayıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Konfrans Liqasında qüvvəsini sınayan Bakı klubu II təsnifat mərhələsinin ilk matçına çıxıb.
Krunoslav Renduliçin yetirmələri Hayfa “Makkabi”sinin qonağı olublar. İsrail klubu ilə səfər görüşü Macarıstanda keçirilib. İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra "Sabah" rəqibi 3 dəfə məyus edib. Bu qələbə təmsilçimizi növbəti mərhələyə bir adaım yaxınlaşdırıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçiriləcək cavab oyunu avqustun 1-də baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” - 0:3
Qollar: Pavol Şafranko, 61. Cesse Sekidika, 78. Xəyal
Əliyev, 88