...

“Şamaxı”nın yeni transferi sıradan çıxıb

İdman Materials 27 İyul 2024 11:37 (UTC +04:00)

Bakı. Trend:

“Şamaxı”nın yay transfer dönəmində heyətinə qatdığı fransalı yarımmüdafiəçi Brahim Konte zədələnib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu hazırlıq dönəmində xəsarət alıb.

Bu səbəbdən o, 12 gündür müalicə alır. Futbolçunun 2-3 gündən sonra komanda ilə məşqlərə başlaması gözlənilir. Kontenin Azərbaycan Premyer Liqasının 1-ci turunu buraxacağı isə dəqiqdir.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın ilk turunda avqustun 4-də “Sabah” ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti