Bakı. Trend:
"Formula-1" üzrə Belçika Qran-prisinin qalibi Corc Rassellin diskvalifikasiya səbəbləri tam dəqiqləşməyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Mercedes"ın yürüş üzrə baş mühəndisi Endru Şovlin bununla bağlı açıqlama verib.
Komandadan verilən məlumatda araşıdırmanın davam etdiyi bildirilib: "Hazırda nə baş verməsi ilə bağlı dəqiqləşdirmə aparılır. Maşın yarış zamanı müxtəlif səbəblərdən çəki itirə bilər. Bu baxımdan yağ sərfiyyatı da nəzərə alınır. Hətta pilotlar da çəki itirə bilər. Bütün bolidlər yarışa eyni çəkidə start götürüb. Yürüş başa çatdıqdan sonra 500 qram fərqlər var idi. Problem yalnız Corcun maşınında idi. Onun təkərləri daha çox yeyilmişdi".
Qeyd edək ki, Qran-prini 1-ci pillədə başa vuran Rassellin maşını digərlərindən 1,5 kq yüngül olduğunu üçün diskvalifikasiya olunub.