Bakı. Trend:
"Mançester Siti" komandanı tərk edən Xulian Alvaresə əvəzedici axtarır.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "şəhərlilər" Kinqsli Komanla maraqlanır.
İngiltərə çempionu "Bavariya"da çıxış edən 28 yaşlı hücumçunu icarəyə götürmək niyətindədir. Münhen klubu maaşı yüksək olan fransalı futbolçunun komandanı tərk etməsinə qarşı deyil.
Qeyd edək ki, Koman ötən mövsümdə 27 oyunda 5 qol və 3 ötürmə ilə yadda qalıb.