...

Paris-2024: Azərbaycanın Paralimpiadada 18 təmsilçisi olacaq

İdman Materials 28 Avqust 2024 11:59 (UTC +04:00)
Paris-2024: Azərbaycanın Paralimpiadada 18 təmsilçisi olacaq

Bakı. Trend:

Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, parataekvondoçu Röyalə Fətəliyeva Fransa paytaxtındakı yarışa qatılmayacaq.

Buna 52 kq çəkidə çıxış edən təmsilçimizin zədəsi səbəb olub. Röyalə Parisə yollanan heyətdən çıxarılıb. Bu üzdən də millimiz Paralimpiadada 19 deyil, 18 təmsilçi ilə çıxış edəcək.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək yarış sentyabrın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti