...

"Paris-2024": Cahan Musayevin rəqibi müəyyənləşib

İdman Materials 29 Avqust 2024 18:33 (UTC +04:00)
"Paris-2024": Cahan Musayevin rəqibi müəyyənləşib

Bakı. Trend:

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün parakamandan oxatma yarışlarına start verilib.

Paralimpiyaçılar ilk gündə sıralama turunda mübarizə aparıb. Azərbaycan təmsilçisi Cahan Musayev 568 xalla 28-ci yeri tutub. O, 1/16 finalda İran təmsilçisi Mohammad Reza Arab Ameri ilə qarşılaşacaq. Bu mərhələ sentyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, Musayevin görüşü Bakı vaxtı ilə saat 11:17-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti