...

Paris-2024: Kamran Zeynalov mübarizəyə başlayır

İdman Materials 30 Avqust 2024 10:58 (UTC +04:00)
Paris-2024: Kamran Zeynalov mübarizəyə başlayır

Bakı. Trend:

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün Azərbaycan paraatıcısı Kamran Zeynalov mübarizəyə qoşulacaq.

P1 kateqoriyasında çıxış edən təmsilçimiz 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. O, təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Yarışa Bakı vaxtı ilə 13:15-də start veriləcək.

Qeyd edək ki, 8 ən yaxşı final mərhələsinə adlayacaq. Bu raund saat 16:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti