Bakı. Trend:
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblər müəyyənləşəcək.
Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxacaq.
Avropa çempionatı
Qızların yarışı
+78 kq
1/8 finalda mübarizəyə başlayacaq Nigar Süleymanovanın rəqibi
fransalı Selia Cancan olacaq.
Oğlanların yarışı
90 kq
Aslan Kotsoyevin ilk rəqibi Alsksandru Sibisan (Rumıniya)
olacaq.
Tuncay Şamil Kiril Volkovla (Litva) qarşılaşacaq.
100 kq
İlk mərhələdən güləşməyə başlayacaq Azad Bağırovun rəqibi Frantizel
Lhotzkini (Çexiya) sınağa çəkəcək.
+100 kq
1/8 finalda mübarizəyə qoşulacaq Kənan Nəsibov Fedir Yarosenkoyal
(Ukrayna) üz-üzə gələcək.
Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olmağa
çalışacaq.
Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq),
Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57
kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.