Bakı. Trend:
Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxıb.
Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanəparacüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışır.
Paris-2024: Paracüdo yarışları
Qadınların mübarizəsi
+70 kq
J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə Maryam
Aldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda Nazan
Günəşlə (Türkiyə) qarşılaşacaq.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın
1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf
bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzi
ilə qarşılaşacaq.
Kişilərin mübarizəsi
+90 kq
J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerli
idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici
görüşdə iştirak edəcək. Onun rəqibi niderlandlı Daniel Kneqt
olacaq.