Bakı. Trend:
"Kəpəz" heyətini legioner futbolçu ilə gücləndirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.
Valdemar Almeyda ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Anqola əsilli portuqaliyalı yarımmüdafiəçi ötən mövsümü"Səbail"də keçirib.
Qeyd edək ki, Almeyda 2023/2024 mövsümdə çempionatın bütün oyunlarında meydana çıxıb.