Bakı. Trend:
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Lənkəran” klubu millinin basketbolçusu ilə güclənib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, U-18 və U-20 yığmasının formasını geyinən Rəşid Abbasovla müqavilə imzalanıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, oyunçu ilə 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, 20 yaşlı basketbolçunun son klubu NTD olub.