...

Boksçularımız Polşada xatirə turnirində mübarizə aparacaq

İdman Materials 23 Sentyabr 2024 21:36 (UTC +04:00)
Boksçularımız Polşada xatirə turnirində mübarizə aparacaq

Bakı. Trend:

Sentyabrın 24-də Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Məşqçi Ceyhun Abiyev Keltsedə təşkil olunacaq turnirdə 2 boksçuya şans verəcək. Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti