...

UEFA rəhbəri yüksək maaş alan futbolçuları tənqid edib

İdman Materials 11 Oktyabr 2024 02:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin, çətin oyun təqvimi ilə bağlı futbolçuların və məşqçilərin şikayətlərinə münasibət bildirib.

Trend-in BBC-yə istinadən verdiyi məlumatına görə, Çeferin bu şikayətlərin ən çox yüksək maaş alan futbolçulardan və 25 oyunçulu geniş heyətə sahib olan klublardan gəldiyini vurğulayıb.

"Az maaş alanlar və yalnız 11 nəfərlik əsas heyəti olan klublar şikayət etmirlər. Onlar meydanda olmağı sevirlər," - UEFA prezidenti əlavə edib.

Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri, futbolçuların oyun sayının çoxluğuna etiraz olaraq tətil etmə ehtimalından danışmış və matçların sayının azaldılmasını tələb edə biləcəklərini qeyd etmişdi.

Xəbər lenti

Xəbər lenti