Bakı. Trend:
Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
73 kq
Rəşid Məmmədəliyev Bruno Bermeo (Ekvador) üzərində qələbə ilə
başlayıb, daha sonra Xulio Sezar Kodaya (Braziliya) qalib gələrək
1/4 finala yüksəlib. O, bu mərhələdə Karen Qalstyana (İJF)
uduzduğundan təsəlliverici görüşə qatılıb. Məmmədəliyev Baysanqur
Baqayevi (Serbiya) məğlub edərək, bürünc medal uğrunda güləşəcək.
Onun rəqibi yaponiyalı Tatsuki İşihara olub. Asiyalı qalib
gəldiyindən Məmmədəliyev 5-ci yeri tutub.
Nəriman Mirzəyev Tatsuki İşiharaya (Yaponiya) məğlub olub.
81 kq
Zelim Tçkayev yarışa Botond Tot (Macarıstan) üzərində qələbə ilə
başlayıb. O, ardınca Adrian Sultsa (Rumıniya) və Dmitri
Qoçilaidzeni (Gürcüstan) də məğlub edərək finala yüksəlib. Tçkayev
həlledici görüşdə Zaur Dvalaşvili (Gürcüstan) ilə üz-üzə gəlib və
qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Ömər Rəcəbli 1/8 finalda Viçenzo Peliqraya (İtaliya) qalib gəlsə də, ardınca Davit Karapetyana (İJF), təsəlliverici görüşdə isə Nuqzari Tatalaşviliyə (Gürcüstan) uduzub.
Qeyd edək ki, turnirin ilk günündə Açelya Toprak (57kq) bürünc medal qazanıb.