Bakı. Trend:
"Barselona" növbəti yay transferi dövründə sərbəst qalan futbolçulara maraq göstərəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna səbəb Kataloniya klubunun üzləşdiyi maliyyə problemləridir.
"Barsa" "Arsenal"dan orta xətt oyunçusu Tomas Parti, "Lill"dən isə hücumçu Conatan Davidlə maraqlanır. Hər iki oyunçunun müqaviləsi gələn yayda bitəcəyi üçün onlarla yanvarın 1-dən etibarən danışıqlara start vermək mümkündür.
Qeyd edək ki, Parti hələ bu yayda kataloniyalıların maraq dairəsinə düşmüşdü. Amma "Arsenal" yarımmüdafiəçinin gedişinə icazə verməmişdi.