Bakı. Trend:
İspaniya La Liqası prezidenti Xavyer Tebas klublararası dünya çempionatının ləğv olunmasını istəyir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, bununla bağlı FİFA-nın Canni İnfantinoya çağırış edib.
Tebas qarşı tərəfi danışıqlar stoluna dəvət edib: "Dünya çempionatını ləğv edib və danışıqlar stoluna əyləşək. Dialoq və danışıqlar fərqlidir. Danışıqlar razılıqla bitir, dialoq isə heç bir şeylə. Biz uzun illərdir FİFA ilə dialoqdayıq. Əminəm ki, biz nəticə əldə edə bilərik".
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.