Bakı. Trend:
İtaliya A Seriyasında turun mərkəzi görüşü Milanda keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Derbi de İtaliya"da qapılara 8 qol vurulub.
"İnter" - "Yuventus" qarşılaşmasında komandalar hərəyə 4 dəfə fərqləniblər. Meydan sahibləri 4:2 hesabı ilə önə keçsələr də, qonaqlar məğlubiyyətdən xilas ola biliblər. Türkiyəli gənc futbolçu Kenan Yıldız son dəqiqələrdə iki qol vuraraq, "Qoca Sinyora"nın 1 xal qazanmasında böyük pay sahibi olub.
Bu nəticə daha çox lider "Napoli"nin işinə yarayıb. Hesabında 22 xal olan neapollular "İnter"i 4 xal qabaqlayırlar. "Yuventus" liderdən 5 xal geri qalır.
İtaliya A Seriyası
IX tur
27 oktyabr
"Parma" - "Empoli" - 1:1
"Latsio" - "Cenoa" - 3:0
"Montsa" - "Venesiya" - 2:2
"İnter" - "Yuventus" - 4:4