Bakı. Trend:
"Formula-1" üzrə dünya çempionatının növbəti mərhələsi Qətər Qran-prisi ilə davam edib.
Trend-in məlumatına görə, Lusail avtodromunda keçirilən yarışda "Red Bull" komandasının pilotu Maks Ferstappen qalib gəlib.
Ötən Qran-pridə dördüncü dünya çempionluğunu təmin edən niderlandlı sürücü, 57 dövrəlik mübarizədə rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Ferstappen yarışı "Ferrari"dən Şarl Lekler və "McLaren"dən Oskar Piastrinin önündə başa vurub.