...

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

İdman Materials 25 Yanvar 2025 00:54 (UTC +04:00)
Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycanı ilk dəfə beynəlxalq yarışlarda təmsil edən yeniyetmə konkisürən Arina Kaluqina Türkiyənin İzmir şəhərində keçirilən turnirdə uğurla çıxış edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından Trend-ə verilən məlumata görə, o, “Ephesus Cup” yarışında qısa və sərbəst proqramda 173.64 xal toplayaraq yekun nəticədə 3-cü yerə sahib çıxıb. Bununla da idmançı yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti