...

"Qalatasaray"ın hücumçusu zədələnib

İdman Materials 15 Fevral 2025 17:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qalatasaray"ın zədəli futbolçusu Alvaro Moratanın durumu müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, 32 yaşlı hücumçu tibbi müayinədən keçib. Onun əzələsində qanaxma və qismən yırtıq aşkarlanıb. Artıq futbolçunun müalicəsinə başlanılıb.

Bildirilir ki, Morata ən az 2 həftə oynaya bilməyəcək. İspaniyalı oyunçunun fevralın 24-də "Fənərbaxça"ya qarşı İstanbul derbisini buraxacağı gözlənilir.

Qeyd edək ki, Morata Avroliqanın pley-off mərhələsinin ilk oyunları çərçivəsində "AZ Alkmaar" ilə matçda sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti