Bakı. Trend:
Türkiyə futbolçu Arda Gülər "Real"dan ayrıla bilər.
Trend-in məlumatına görə, türkiyəli futbolçu az oyun vaxtı almasından narazıdır.
Gənc ulduz növbəti mövsümdə icarəyə gedərək daha çox oynamaq istəyir. Onun əsas hədəfi 2026-cı il Dünya Çempionatına optimal formada qatılmaqdır. Bildirilir ki, Gülerə PSJ maraq göstərir.
Qeyd edək ki, Arda cari mövsümdə 27 matçda ümumilikdə 967 dəqiqə meydanda olub, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.