Bakı. Trend:
Türkiyədə təlim-məşq toplanışında iştirak edən Azərbaycanın U-21 millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Trend xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Moldova ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, yığma üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.