...

"Ştutqart" 28 ildən sonra Almaniya kubokunu qazandı

İdman Materials 25 May 2025 00:38 (UTC +04:00)
"Ştutqart" 28 ildən sonra Almaniya kubokunu qazandı

Bakı. Trend:

2025/2026 mövsümünün Almaniya kubokunun final oyunu Berlində baş tutub. Həlledici qarşılaşmada "Ştutqart" və 3-cü Bundesliqa təmsilçisi olan "Arminiya" üz-üzə gəliblər.

Trend-in məlumatına görə, gözlənilmədən finala qədər irəliləyən "Arminiya" bu dəfə möcüzəni davam etdirə bilməyib. "Ştutqart" rəqibini 4:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Bu, şvabiyalıların tarixində qazandığı 4-cü Almaniya kuboku olub. Komanda bu titula sonuncu dəfə 1997-ci ildə yiyələnmişdi.

"Arminiya" isə tarixində ilk dəfə çıxdığı finalda məğlubiyyətlə üzləşərək turniri ikinci yerdə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti