...

"ASAN xidmət"lə Koreya DİN arasında memorandum imzalanacaq

İqtisadiyyat Materials 18 Avqust 2016 18:32 (UTC +04:00)
Bu gün Baş nazir Artur Rasi-zadə dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Koreyanın Daxili İşlər naziri Honq Yun-Sıkı qəbul edib.
"ASAN xidmət"lə Koreya DİN arasında memorandum imzalanacaq

Bakı. Trend:

Bu gün Baş nazir Artur Rasi-zadə dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Koreyanın Daxili İşlər naziri Honq Yun-Sıkı qəbul edib.

Nazirlər kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycanla Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir A.Rasi-zadə son vaxtlar iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndiyini xatırladıb. Baş nazir bildirib ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrin daha intensiv inkişafı üçün yaxşı zəmin  yaradır.

Sonra Azərbaycanda iqtisadi-sosial durum barədə ətraflı məlumat verən Baş nazir Koreya  ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Honq Yun-Sık dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası  əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən qonaq dedi ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "e-hökumət" layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən "ASAN xidmət"in yaradılması Azərbaycanın uğurlarındandır və bu  təcrübədən bəhrələnmək faydalı olardı.  

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi qəbulda Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti