...

Caspian European Club çərçivəsində biznes-forumlar keçiriləcək

İqtisadiyyat Materials 23 Avqust 2016 13:43 (UTC +04:00)
Sentyabr ayında Caspian European Club (Caspian Business Club) çərçivəsində dövlət strukturlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların keçirilməsi planlaşdırılır.
Caspian European Club çərçivəsində biznes-forumlar keçiriləcək

Bakı. Trend:

Sentyabr ayında Caspian European Club (Caspian Business Club) çərçivəsində dövlət strukturlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların keçirilməsi planlaşdırılır.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, biznes və investisiya mühitinin yaxşılaşması, biznes-hökumət dialoqunun fəallaşması üzrə keçirilən islahatlar çərçivəsində bu proseslərin sürətlənməsinə şərait yaradan və əksəriyyəti müsbət nəticə verən xeyli tədbirlər təşkil olunub.

Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib: “Biz biznesə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarıq və 15 ildir bu prosesin fəal iştirakçısı olduğumuzdan xeyli məmnunuq. Hazırda Caspian European Club-un (Caspia Business Club) bütün sahə klubları və işçi komitələri iqtisadiyyatın müxtəlif sahələrində biznes üzrə problem və təkliflərin tədqiqinin nəticəsi əsasında hesabat hazırlayırlar". 

Onun sözlərinə görə, 2016-cı il sentyabr ayından dekabradək dövrü əhatə edən mərhələdə nazirlik və dövlət qurumlarının başçılarının, şirkət və təşkilat rəhbərlərinin iştirakı ilə sıx tədbirlər, biznes-forum və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Xüsusilə sentyabrda Caspian European Club (Caspian Business Club) çərçivəsində dövlət qurumlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların təşkili planlaşdırılır.

T.Əliyevin sözlərinə görə, 2016-cı il sentyabrın 7-də Caspian European Club (Caspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə biznes-forum təşkil olunacaq.

Sonra 2016-cı il sentyabrın 16-da Caspian European Club (Сaspian Business Club) çərçivəsində “Barattson School of Business and Finance” tədris mərkəzinin banisi və direktoru Elşən Rəhimov “Maliyyə Hesabatlarının Beynəlxalq standartları 15 – müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər” mövzusunda seminar keçirəcək.

T.Əliyevin sözlərinə görə, həmin tədbir zamanı Caspian European Club-un (Caspian Business Club) sentyabrın 13-də başa çatacaq İdarə Heyətinə seçkilərin nəticələri də elan ediləcək. Səsvermənin yekununa əsasən İdarə Heyətinə yeni seçilmiş üzvlərdən sahə klublarının və işçi komitələrin rəhbərliyi formalaşdırılacaq.

 Ardınca 2016-cı sentyabrın 21-də Caspian European Club (Сaspian Business Club) çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı ilin sonunadək vergilər naziri Fazil Məmmədov, Maliyyə Bazarları üzrə Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digərlərinin iştirakı ilə biznes-forum və dəyirmi masaların təşkili planlaşdırılır.

T.Əliyevin bildirdiyinə görə, Caspian European Club (Caspian Business Club) çərçivəsində keçiriləcək biznes-forumlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin təşkilinə kömək edəcək ki, bu da öz növbəsində sahibkarların gündəlik fəaliyyətlərindəki problemlərinin tez bir zamanda həllinə səbəb olacaq.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

www.caspianenergy.info;

www.caspianenergy.photo;

www.caspianenergy.tv;

www.caspianenergy.media;

www.caspianenergy.ceo;

www.caspianenergyaward.com;

www.award.az;

www.award.ceo;

www.brandaward.org;

www.oil-gas.az

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti