...

Qaz anbarlarının tutumu genişləndirilir

İqtisadiyyat Materials 25 Avqust 2016 13:05 (UTC +04:00)
Avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 milyard 555 milyon kubmetr qaz vurulub, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Qaz anbarlarının tutumu genişləndirilir

Bakı. Trend:

Avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 milyard 555 milyon kubmetr qaz vurulub, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin 7 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş texniki müşavirədə bildirilib. 

Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 milyard kubmetr təşkil edir. İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilib və 26 quyuda əsaslı və cari təmir işləri aparılıb. Müşavirədə yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınıb.

Strateji plana əsasən, yeni quyuların qazılması, qazılacaq quyular üçün sahələrin müəyyən olunması, yerüstü avadanlıqların yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi vacib hesab edilib, bu məqsədlə mühüm yenidənqurma və genişləndirmə işlərinin aparılacağı qeyd olunub.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti