...

“Youth Inc. Business Academy” akselerasiya proqramı: azərbaycanlı startapçılar üçün imkan (FOTO)

İqtisadiyyat Materials 21 Oktyabr 2016 19:47 (UTC +04:00)
Misligörülməmiş iqtisadi yüksəlişə və ondan geri qalmayan maliyyə pikinə şahidlik etmiş XXI əsrin əvvəli yeni ideyalar, yeni yanaşmalar və yeni cəsarətlər çağırışındadır.
“Youth Inc. Business Academy” akselerasiya proqramı: azərbaycanlı startapçılar üçün imkan (FOTO)

Bakı. Trend:

Misligörülməmiş iqtisadi yüksəlişə və ondan geri qalmayan maliyyə pikinə şahidlik etmiş XXI əsrin əvvəli yeni ideyalar, yeni yanaşmalar və yeni cəsarətlər çağırışındadır. Diversifikasiya və inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının da məhz sürətlə inkişaf edən kiçik və orta sahibkarlığın verə biləcəyi təkana ehtiyacı var.

Bu gün ölkənin sadəcə xəyal və ya mağaza, tikinti fabriki, onlayn bank, gözəllik salonları şəbəkəsi və s. Sahələrdə layihələri həyata keçirməklə sadəcə gəlir əldə edənlərə deyil, həm də yeni iş yerləri yaratmağa güc və enerjisi olan gənclərə həmişəkindən daha çox ehtiyacı var.

Şəxsi biznesi qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən azərbaycanlı startapçılar “Youth Inc. Business Academy” akselerasiya proqramından faydalana biliblər. Belə ki, gənc startapçılar üçün “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində “Coca-Cola” şirkəti, DVC, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkətinin dəstəyi ilə 6 həftəlik intensiv təlim-tədris kursu təşkil olunub.

Qeyd edək ki, 2013-cü ildən etibarən Azərbaycanda uğurla fəaliyyət göstərən "Youth Inc." proqramı gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında sahibkarlığın inkişafına xidmət etmək məqsədilə yaradılıb. “Youth Inc.” proqramı çərçivəsində "Coca-Cola"nın əsas məqsədlərindən biri təhsilin dəstəklənməsi və gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. Son iki ildə "Youth Inc." çərçivəsində 8 yeni biznes yaradılıb, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.

“Youth Inc. Business Academy” akselerasiya proqramının məqsədi seçilmiş 25 namizədə nəzəri və təcrübi biliklər verməklə onların startap fəaliyyətini stimullaşdırmaq və dəstək olmaq, eyni zamanda Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verməkdir.
Proqram iştirakçıları Azərbaycanda və xaricdə fəaliyyət göstərən iş adamlarından biznesin təşkili və idarə edilməsi haqqında əhəmiyyətli məlumat əldə edə biliblər. Təcrübə güclü nəzəri baza ilə möhkəmlənir: mentorların məruzələri ilə yanaşı, “tələbələr” həm də Stenford Universitetinin professoru, Silikon vadisinin daimi sakini Stiv Blank və onun komandası tərəfindən “Lean Launchpad” öyrədici videoları əsasında yaradılmış kitablarından yararlanıblar.

Proqram sayəsində sahibkarlığa yeni addım atanlar potensial müştəriləri aşkar etmək və onlarla əlaqə yaratmaq üçün mövcud üsul və vasitələr haqqında məlumatlandırılıb, istər ölkədaxili, istərsə xaricdən olan potensial biznes tərəfdaşlarını (həmtəsisçiləri, investorları, mentorları və biznes məsləhətçilərini) aşkar etmək, onlarla görüşüb birgə iş birliyi qurmaq haqqında biliklər əldə ediblər. İştirakçılar, həmçinin biznesin təşkili, əqli mülkiyyət hüquqları, şirkətlərdə sahiblik və şəriklik formaları, biznesə maliyyənin cəlb olunması üsulları və yeni texnologiyalardan şirkət işində istifadə yolları barədə müvafiq bilik və bacarığa yiyələnmək şansı qazanıblar. Proqram böyük həvəslə qarşılanıb: ayrılmış 25 yer üçün müraciət etmiş 690 nəfərdən 203-ü qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti