...

2 rayonu birləşdirən Zəyəmçay körpüsü bərpa edilir (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2016 11:06 (UTC +04:00)
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü bərpa edilir.
2 rayonu birləşdirən Zəyəmçay körpüsü bərpa edilir (FOTO)

Bakı. Trend:

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü bərpa edilir.

Bu barəəd Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Bildirilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Layihə çərçivəsində bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir. Bundan başqa diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0.3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.

Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü. Belə ki, diametri 1.2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpü altı məcranın aşağı hissəsində 4.6 metr dərinlikdə yuyulma prosesi baş vermiş və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşmüşdü.

2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96.3 metr, eni 11.5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti