...

"GAC" avtomobil həvəskarlarına yeni "GS4" modelini təqdim edəcək (FOTO)

İqtisadiyyat Materials 5 Dekabr 2016 20:28 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan avtomobil bazarında alıcıların rəğbətini qazanmış "GAC" markası yaxın vaxtlarda avtomobil həvəskarlarına yeni "GS4" modelini təqdim edəcək.

Trend-in məlumatına görə, iki il ərzində yerli bazarda "GAC" markası GS5 suv-i və GA5 sedanı ilə avtomobil həvəskarlarının rəğbətini və etibarını qazanmağı bacarıb.

Markanın bu modelləri yerli bazarda yetərincə satılıb. Daim yeniliklər edən Guanço avtomobil zavodunun avto sevərlərə daha bir tövhəsi GAC GS4 modeli olub. GAC GS4 avtomobili ötən ilin sonunda ABŞ-ın Detroit şəhərində keçirilən dünyaca nüfuzlu avtomobil sərgisində təqdim edilib. Həmin vaxtı sərgidə iştirak edən avtomobil istehsalçılarının rəhbərlərinin və jurnalistlərin böyük marağına səbəb olan avtomobil müxtəlif ölkələrin avto dilerləri tərəfindən sifariş olunub. GAC GS4 həm interyeri, həmdə eksteryeri ilə hər kəsi cəlb edir. Avtomobilin özündə cəmlədiyi xüsusiyyətlər hal hazırda bazarda öndə gedən Almaniya və Yaponiya kimi nəhəng avtomobil istehsalşıları ilə ayaqlaşmağa imkan verir. Cazibədar şəhər SUV-i dünyada ekonomik avtomobillər sırasında liderdir. GAC GS4 avtomobilinin orta yanacaq sərfiyyatı 6.3 litrdir. Avtomobil 7 pilləli DCT transmissiya ilə təchiz olunub. Avtomobilin mühərrik həcmi 1.3 turbodur.

GAC markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru olan Sirena Motors GS4 modelinin ilk 5 müştərisi üçün yeni il hədiyyəsi də hazırlayıb. Beləki ilk beş nəfərə 2 günlük, 2 nəfərlik lüks istirahət hədiyyə olunacaq. Istirahət Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərinədir. Dekabr ayının son 10 günlüyündə GAC GS4 modelinin təqdimat mərasimi keçiriləcək. Həmin günü modelin təqdimatı ilə yanaşı Sirena Motorsun yeni salonunun və servis mərkəzinində açılış mərasimi baş tutacaq. Təqdimatın dəqiq tarixi haqda məlumatı Sirenamotors.az saytından və ya Gac Azerbaijan Facebook səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti