Azərbaycan və Belarus şirkətləri arasında 40-a yaxın əməkdaşlıq sənədi imzalanıb (FOTO)

Azərbaycan və Belarus şirkətləri arasında 40-a yaxın əməkdaşlıq sənədi imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.

Səfərin ilk günü - dekabrın 15-də Ş.Mustafayevin Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşündə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu diqqətə çatdırılıb. Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə kənd təsərrüfatı, ticarət, sənaye, tranzit, əczaçılıq, turizm və s. sahələr prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Görüşdə Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

Nazir Ş.Mustafayev qeyd edib ki, ölkələr arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Belarus Azərbaycanın tranzit imkanlarından da istifadə edə bilər.

V.Semaşko rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib. O, belə səfərlərin ölkələr arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Belarusun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən V.Semaşko potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Belarusun Qida sənayesi üzrə Dövlət Konserninin rəhbəri Aleksandr Zabello ilə keçirilmiş görüşdə qida sənayesi sahəsində Azərbaycan-Belarus əlaqələrinə və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Nazir Ş.Mustafayev Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli kənd təsərrüfatı və emalı məhsulları, qida sənayesində tətbiq olunan texnika və texnologiyalar, yerli məhsulların ixrac imkanları barədə məlumat verib, Azərbaycanın aqrar sənaye məhsullarının, o cümlədən şərab, pambıq və tütünün Belarusa ixracı üçün ölkəmizin potensialı diqqətə çatdırıb. A.Zabello isə Belarusda ərzaq məhsullarının əsas istehsalçısı olan konsernin fəaliyyəti barədə məlumat verib. Görüşdə Belarus şirkətlərinin Azərbaycanda yaradılan aqroparklarda iştirakı imkanlarına, kənd təsərrüfatı sahəsində, eləcə də Azərbaycanda birgə siqaret istehsalı müəssisəsinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, iş adamlarının təklifləri dinlənilib.

Belarusun Antiinhisar tənzimlənməsi və ticarət naziri Vladimir Koltoviç ilə keçirilən görüşdə ölkələr arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. İqtisadiyyat naziri Ş.Mustafayev ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu və 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin 6% artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası üçün geniş potensial mövcuddur. Ş.Mustafayev bu potensialın reallaşdırılması üçün Azərbaycanın ixrac missiyasının Belarusa səfərinin təşkili, meyvə-tərəvəz, şərab, meyvə şirələri, yun, fındıq və s. məhsulların Belarusa ixracı, Belarusun tütün məmulatlarının ölkəmizə idxalı imkanlarını diqqətə çatdırıb. Görüşdə Belarusun Yüngül Sənaye Məhsullarının İstehsalı və Satışı Dövlət Konserninin və İstehlakçılar Cəmiyyətləri Birliyinin rəhbərləri, Azərbaycan sahibkarları iştirak ediblər.

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, şərabçılıq, tütünçülük, heyvandarlıq, yun istehsalı, istixana təsərrüfatı, avtomobil istehsalı sahələrində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib. Belarus tərəfi tədbirdə analoji sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə təmsil olunub.

İşgüzar görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları, iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, Azərbaycan və Belarus iş adamları müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.

Azərbaycan nümayəndə heyətinin Belarusun Səhiyyə naziri Vasiliy Jarko ilə keçirdiyi görüşdə ölkələrin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq etdiyi, Belarusun əczaçılıq sahəsində geniş təcrübəyə malik olduğu qeyd edilib, Azərbaycanda əczaçılıq məhsullarının istehsalının təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb. Əczaçılıq sahəsi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı barədə məlumat verən nazir Ş.Mustafayev qeyd edib ki, bir sıra xarici şirkətlər sənaye parkına maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında rezidentlər üçün yaradılan əlverişli imkanlardan istifadə edə və burada əczaçılıq məhsullarının istehsalını təşkil edə bilərlər.

İqtisadiyyat naziri Ş.Mustafayevin Belarusun Sənaye naziri Vovk Mixayloviçlə keçirilmiş görüşündə müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Ş.Mustafayev iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənaye sahəsində də Azərbaycan və Belarus arasında uğurlu əməkdaşlığın olduğunu qeyd edib. Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə Minsk traktor və avtomobil zavodları arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Bununla belə, bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Ölkəmizdə yaradılan və əczaçılıq, yüngül sənaye, kimya, gəmiqayırma sahələrində ixtisaslaşmış sənaye zonaları barədə məlumat verən Ş.Mustafayev belarus iş adamlarını həmin parklarda yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, maşınqayırma, nəqliyyat vasitələrinin istehsalı və əczaçılıq sahələrində də əməkdaşlıq üçün imkanlar genişdir. Belarusa səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk Şərab Zavodunun və Logistika Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Loading Bars
Xəbər lenti
Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib (FOTO)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Laçın rayonunun təhsil statistikası açıqlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti
Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Laçında Azərbaycan bayrağı qaldırılıb (VİDEO)
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb (FOTO)
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH
STAR neft emalı zavoduna xam neft emalı artıb
Dekabrın 1-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb (FOTO/VİDEO)
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Ceyhan terminalından 194 milyon barelə yaxın AÇQ nefti nəql edilib
Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
Bütün xəbərlər