Azərbaycan və Fransa regionları arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)

Azərbaycan və Fransa regionları arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.

Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcək.

İmzalanma mərasimi çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb.

Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, ötən həftə 8-ci iclası keçirilmiş Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələr arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verir. Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir Ş.Mustafayev əməkdaşlığın iqtisadi sahədə uğurla inkişaf etdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, regionlararası əlaqələr Azərbaycan-Fransa əməkdaşlığının mühüm istiqamətlərindəndir və Azərbaycanın 14 şəhəri ilə Fransanın 13 şəhər və vilayəti qardaşlaşıb. Bildirilib ki, imzalanan sənəd Azərbaycan-Fransa əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsində önəmli olacaq.

Fransa nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan Beynəlxalq Üzüm və Şərab Festivalı Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətlidir. Fransanın şərabçılıq sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən nazir Ş.Mustafayev Azərbaycan şərablarının da dünyada tanındığını və bu yaxınlarda Çində keçirilən sərgidə ən yaxşı şərablardan biri kimi mükafata layiq görüldüyünü bildirib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları diqqətə çatdıran Ş.Mustafayev qeyri-neft sektorunun şaxələndirilməsinin, o cümlədən şərabçılıq kimi ənənəvi sahələrin inkişafının prioritet olduğunu qeyd edib.

Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycanda səfərə olan Fransa nümayəndə heyətinə ölkəmizi yaxından tanıyan və qardaşlaşmış şəhərlərin təmsilçilərinin daxil olduğunu diqqətə çatdırıb, imzalanmış sənədin Fransa və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafında və əlaqələrin yeni müstəviyə keçməsində əhəmiyyətini vurğulayıb.

Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Loading Bars
Xəbər lenti
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Bütün xəbərlər