...

“Azərçay” Azexport.az portalı vasitəsilə ilk sifarişini alıb

İqtisadiyyat Materials 11 Yanvar 2017 13:03 (UTC +04:00)
Azərbaycan mallarını bütün dünyaya sərgiləyən Azexport.az portalına “Azərçay"la bağlı ilk sifariş daxil olub.
“Azərçay” Azexport.az portalı vasitəsilə ilk sifarişini alıb

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan və dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgiləyən Azexport.az portalına “Azərçay”la bağlı ilk sifariş daxil olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, dünyanın ən böyük elektron alış-veriş sistemi olan alibaba.com üzərindən “Azərçay” məhsulunu İraqdan sifariş ediblər. 2017-ci ilin ilk sifarişi olan milli markamız, illərdir ki, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyaraq yüksək keyfiyyəti ilə xarici istehlakçılar tərəfindən də rəğbətlə qarşılanır.

Artıq dünyanın 30-dan artıq ölkəsində 50-dən çox hava limanında bu milli markamızın satışı həyata keçirilib. Qeyd edək ki, “Azərçay” Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes” ilə sponsorluq barədə razılaşma əldə edib və növbəti aylarda bu verilişin buraxılışları “Azərçay”ın dəstəyi ilə efirə gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti