...

VTB (Azərbaycan)-ın korporativ bloku 2016-cı ilin nəticələrinə görə böyük artım nümayiş etdirib

İqtisadiyyat Materials 26 Yanvar 2017 10:36 (UTC +04:00)
2016-cı ilin nəticələrinə görə bank VTB (Azərbaycan)-ın korporativ müştərilərinin sayı əhəmiyyətli dərəcədə artıb.
VTB (Azərbaycan)-ın korporativ bloku 2016-cı ilin nəticələrinə görə böyük artım nümayiş etdirib

Bakı. Trend:

2016-cı ilin nəticələrinə görə bank VTB (Azərbaycan)-ın korporativ müştərilərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bankdan Trend-ə verilən məlumata görə, il ərzində bankın komandası 300-dən çox yeni korporativ müştəri cəlb edə bilib.

İl ərzində korporativ biznes üzrə gəlirlər 10 dəfə, hüquqi şəxslərin hesablaşma-kassa əməliyyatları üzrə dövriyyə isə 6 dəfədən çox artıb.

Bankın əsas müştəriləri Azərbaycan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərdir. VTB (Azərbaycan) 2016-cı ildə strategiyasını yenidən nəzərdən keçirib və korporativ biznes istiqamətində fəaliyyətini aktivləşdirmək barədə qərar qəbul edib. Bankın başlıca məqsədi biznesi Azərbaycan və Rusiya bazarı ilə əlaqədar olan hər iki ölkə sahibkarları üçün əsas tərəfdaş-banka çevrilməkdir. İl ərzində bank, VTB beynəlxalq maliyyə qrupunun üstünlüklərindən istifadə edərək qrupun fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan şirkətlərinin transsərhəd əməliyyatlarını fəal dəstəkləyib.

VTB (Azərbaycan)-ın planlarına əsasən, 2017-ci ildə tranzaksiya biznesinin ikiqat artırılması, 2019-cu ilədək isə bu göstəricinin 5 dəfədən çox artırılması nəzərdə tutulur.

“Hazırda bank tərəfindən tranzaksiya əməliyyatlarının həcminin artırılması istiqamətində iş aparılır. Bu, qarşıya qoyulan strateji məqsədlərin reallaşması, eləcə də korporativ biznes məhsulların təkmilləşdirilməsi, o cümlədən VTB qrupun müxtəlif ölkələrdəki bankları ilə birgə məhsulların tətbiqi hesabına mümkün olacaq” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.

Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti