...

Azərbaycanda Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradıldı (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2017 10:58 (UTC +04:00)
Azərbaycan Respublikasının vətəndaşları xaricə səyahət edərkən, qaldıqları ölkədə müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.
Azərbaycanda Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradıldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradılıb. Bu imkanı Beynəlxalq Sürücülük Assosiyasiyası (International Drivers Association) təqdim edir, Azərbaycan Respublikasının vətandaşları üçün Beynəlxalq Sürücülük Vəsiqəsinin alınmasına görə unikal xidmət provayderidir.

Müasir dünyanın reallıqları elədir ki, hər kəs hərəkət azadlığını əldə etmək istəyir. Bir çoxumuz xaricdə səyahət zamanı səyahət proqramının genişləndirilməsi haqqında düşünmüşük. Axı əsas turizm yerlərindən uzaq yerlərə getmək çox daha maraqlı olur. Orada həmin ölkənin ruhunu hiss etmək olur. Bunları reallaşdırmaq üçün yalnız bir avtomobil icarəyə götürmək və yaxud almaq lazımdır. Son vaxtlara qədər bu problem sayılmazdı, ancaq Vyana Konvensiyasının 29 mart 2011 ci il tarixindən olan “Yol hərəkətləri haqqında” düzəlişlərə əsasən, Beynəlxalq Sürücülük Vəsiqəsi olmadan milli sürücülük vəsiqəsi onu verən ölkə xaricində öz qüvvəsini itirir.

Beynəlxalq Sürücülük Vəsiqəsi nədir?

Bu, milli sürücülük vəsiqəsinə yol hərəkətləri haqqında beynəlxalq konvensiyalara əsasən rəsmiləşdirilən bir əlavədir, hansı ki sahibinə müstəqil olaraq Azərbaycan Respublikasından kənarda avtomobil idarə etməyə icazə verir. Bu, sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçməyi tələb etmir və Milli Sürücülük Vəsiqəsinin qüvvədə olan müddətə qədər təqdim olunur.

Beynəlxalq Sürücülər Assosiyasiyasına gəldikdə isə, bu xüsusi təşkilatın əsas ixtisaslaşmış fəaliyyəti vətəndaşları və rezidentləri üçün ölkədən kənar sürücülük şərtlərinin təqdim edilmədiyi və yaxud tam həcmdə təqdim edilmədiyi ölkələrde 1968 ci il tarixindən olan “Yol hərəkətləri haqqında” Vyana Konvensiyasının və 1949-cu il tarixindən olan Cenevrə Konvensiyasının təşviq etdirilməsidir.

Beynəlxalq Sürücülər Assosiyasiyası tərəfindən verilən, Beynəlxalq Sürücülük Vəsiqəsi bütün Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə ratifikasiya edilmişdir və səlahiyyətlidir, bu isə hazırda 193 ölkə deməkdir.

Hazırda Bakı şəhərində Beynəlxalq Sürücülük Assosiyasiyası nümayəndəliyinin açılışı üzərində iş aparılır, lakin Beynəlxalq Sürücülük Vəsiqəsini almaq istəyən Azərbaycan vətandaşları bunu elə bu gün Assosiyasiyanın rəsmi www.ida-az.com saytında online ərizə formasını dolduraraq və ödənişsiz ekspress poçt vasitəsi ilə əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti