...

"Amrahbank" maliyyə savadlılığı ilə bağlı növbəti treninq keçirib

İqtisadiyyat Materials 5 Aprel 2017 10:51 (UTC +04:00)
“Amrahbank”da “Maliyyə savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
"Amrahbank" maliyyə savadlılığı ilə bağlı növbəti treninq keçirib

Trend-i buradan izləyin

Bakı. Trend:

“Amrahbank”da “Maliyyə savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, 28-31 mart 2017-cı il tarixilərində Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi üzrə növbəti təlimlərə başlanılıb.

Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulub. İlkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda başlamış təlimlər, 30 mart 2017-cı il tarixində “Amrahbank”ın baş ofisində həyata keçirilib.

Təlimdə iştirak edən 22 iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini bir daha təkmilləşdiriblər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”ın təşkilati strukturu, bank əməliyyatlarına aid aktual mövzular üzrə məlumatlar verilib. Tədbir maraqlı müzakirələrlə yadda qalıb, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verilib. Sonda iştirakçılara hədiyyələr paylanılıb, xatirə foto şəkilləri çəkilib.

Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.

Amrahbank rəhbərliyi inanır ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr, gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfə olacaq.

Amrahbank
Sizə açıq və aydın bank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti