...

Azərbaycan Beynəlxalq Bankından kreditorlarına müraciət

İqtisadiyyat Materials 12 May 2017 09:41 (UTC +04:00)
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlanılıb.
Azərbaycan Beynəlxalq Bankından kreditorlarına müraciət

Bakı. Trend:

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlanılıb.

Trend-in məlumatına görə, bankdan verilən məlumatda qeyd edilir ki, restrukturizasiya prosesinin təsir etdiyi kreditorlar məhkəmə qərarının və restrukturizasiya planının layihəsinin surətlərini bankın baş ofisindən (Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67) və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti