Bakı. Trend:
"Kapital Bank" 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 19-30 iyun tarixləri aralığında hərbçilərə güzəştlə yeni kredit kampaniyası təqdim edir. Aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2% endirim edilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.
Bu barədə Trend-ə bankdan məlumat verilib.
Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.