Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

Bakı. Trend:

26 iyun tarixində ABŞ-ın paytaxtında iki günlük Trans-Xəzər Şərq-QərbTicarət və Tranzit Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan - tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanaları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən və bu universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi bu forumun ilk günündə 200 nəfərədək ABŞ dövlət qurumları, akademik çevrələr, biznes və siyasi dairələr, diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən ABŞ Kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə etmişdir. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində fundamental rolunu vurğulamış və bu xüsusda ABŞ-ın tərəfdaş olmasında ölkəsinin güclü marağını qeyd etmişdir. ABŞ şirkətlərinin müasir İpək Yolunda çalışdığını qeyd edən ABŞ rəsmisi Amerika şirkətlərinin daha da yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalamışdır. O, cari ilin oktyabrında Azərbaycan və Gürcüstana ABŞ ticarət missiyasının səfər edəcəyini vurğulanıb.

Bundan sonra Azərbaycan və digər Forumun təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış etmişlər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqəti çəkərək, mövcud vacib infrastruktur layihələri və nəqliyyat şirkətləri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanı, Beynəlxalq Hava Lİmanındakı Bakı Karqo Terminalı, "Silk Way", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin oynadığı xüsusi rolu vurğulamışdır. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlər barədə danışmışdır. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu qeyd etmişdir. Bu dəhlizin inkişafı Azərbaycan və digər dəhliz ölkələrini eyni zamanda biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən "Forumula 1" yarışını göstərmişdir. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini qeyd edən səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb.

Daha sonra çıxış etmiş Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışmış, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd edib.

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə imkanları, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri mövzu üzrə çıxışlar etmiş, bu məsələlər ətrafında təfərrüatlı müzakirələr aparmış və iştirakçıların suallarını cavablandırıb.

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış etmiş Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti barədə danışmışdır. Yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə çıxış etmiş Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanının nümayəndəsi Tural Əliyev liman sahəsində görülən işlər, azad ticarət zonasının yaradılması və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan danışmışdır. Eyni paneldə çıxış etmiş Dövlət Neft Şirkətinin rəsmisi Viyaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışıb.

Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə etmiş Azərbaycan Dəmir Yollarının nümayəndəsi Murad Alxazov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdikləri şirkətlərin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu "vahid pəncərə" sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat vermişdir. Kombinə edilmiş tranzit və hava nəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə "Azərpoçt"un nümayəndəsi Hacı Haciyev və "Silk Way" şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış etmişlər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyəti barədə məlumat vermişdir. C.Ekklestoun öz növbəsində, "Silk Way" şirkətinin dünyanın müxtəlif ölkələrinə uçuşlar etməklə Azərbaycanı hava daşımaları sahəsində vacib regional mərkəzə çevirdiyini, sözügedən şirkətin bütün dünyada, o cümlədən uzunmüddətli səmərəli əməkdaşlığa görə ABŞ-da etibarlılığı və peşəkarlığına görə tanındığını, bu şirkətin Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsində xüsusi rolu barədə danışıb.

Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılmışdır. Bu sırada digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 gün ərzində çatdırıla bilməsi potensialı, bunun bir çox tez xarab olan yüklərin daşınması üçün ən optimal seçim olması, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq və bu ölkələr arasında artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, "vahid pəncərə sistemi"nin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. qeyd edilib.

Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə həyata keçirilir. Forumun tərəfdaşları qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Boeing, ABŞ Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası çıxış edir. Həmçinin, Xəzər Siyasət Mərkəzi Forumun informasiya və analitik təminatçısı rolunda çıxış edir. Bu ilki foruma Boeing, Türk Hava Yolları və General Electric şirkətləri tərəfindən sponsorluq edilir.

Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları, "Silk Way" şirkəti və "Azərpoçt" MMC-nin nümayəndələri təmsil edir.

Trans-Xəzər Forumu 27 iyun tarixində ABŞ Konqresi, Dünya Bankı və Strateji və Beynəlxaq Araşdırmalar Mərkəzində təşkil ediləcək tədbirlər vasitəsilə öz işini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən başlayaraq illik əsaslarda Vaşinqton şəhərində keçirilməyə başlamışdır. Forum çərçivəsində illik tədbirlərlə yanaşı müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.

"Barselona" müvəqqəti məşqçi təyin edib
"Barselona" müvəqqəti məşqçi təyin edib
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu
Loading Bars
Xəbər lenti
Binəqədi rayonunda yaşayış evi yanır
44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib (FOTO)
Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək
"Facebook" şirkəti adını dəyişdirdi
SOCAR yeni İstiqrazlar buraxacaq
"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
NATO baş katibinin xüsusi nümayəndəsi Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği açıqlanıb
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib
Normadan artıq emal olunmuş qidaların orqanizmə təsiri
Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib (FOTO)
Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)
AMEA-nın bir neçə institutuna baş direktorlar seçilib
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib
Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb (FOTO)
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev
Fəal yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar düşərgəsi" təşkil olunub (FOTO)
Kiyevdə karantin rejimi sərtləşdirilir
“SOCAR” Rumıniyada 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib (FOTO)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub (FOTO)
Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? - Baş direktor AÇIQLADI
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Qaradağda şəhid məzarları, abidələri və barelyeflərinin ətrafının abadlaşdırılması aksiyası keçirilib (FOTO)
“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir", - Evgeniya Qaşikulina, AccessBank (FOTO)
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı
Ağdam ruhlar şəhərinə bənzəyir - Peter Erdeyi
Dövlət komitəsi İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı açıqlama yaydı
İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçildi
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Dövlət rüsumlarının məbləği dəyişdirilir
Bütün xəbərlər