...

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadıldı

İqtisadiyyat Materials 31 Oktyabr 2017 14:09 (UTC +04:00)
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılır.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılır.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklərdə öz əksini tapıb.

Həmçinin dəyişikliyə əsasən, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların həyata keçirilməsinə icazə verilir.

Belə ki, qanunun qüvvədə olduğu müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla biləcək. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhduddiyətlər nəzərə alınmaqla aparılır.

Yoxlamaların dayandırılması ilə bağlı dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti