...

AZMİU "AzerGold" üçün mütəxəssis hazırlanmasına dəstək göstərəcək (FOTO)

İqtisadiyyat Materials 8 Noyabr 2017 14:51
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZMİU "AzerGold" üçün mütəxəssis hazırlanmasına dəstək göstərəcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

QSC-dən Trend-ə verilən məlumata görə, əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır.

AZMİU-da baş tutan memorandumun imzalanma mərasimində səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov və universitetin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər. Onlar əməkdaşlığın şirkət və təhsil müəssisəsi üçün, həmçinin ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına təsir edəcək faydaları barədə çıxış ediblər və birgə fəaliyyətdən məmnunluqlarını dilə gətiriblər.

Razılaşmaya əsasən, AZMİU “AzerGold” QSC üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin tədris prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan II-IV kurs tələbələrinin "yay məktəbi" proqramı çərçivəsində “AzerGold” QSC-də təlim keçmələri və s. nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti