...

Zeyno Baran: Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır

İqtisadiyyat Materials 10 Noyabr 2017 20:23 (UTC +04:00)
Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq.
Zeyno Baran: Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır

Bakı. Trend:

Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada – Şopinq festival keçirərkən görmək, ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.

Trend-in məlumatına görə, bu sözləri Bakushopfest.com saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.

O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir. Zeyno Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış – veriş həvəsinin daha da artacağını vurğulayıb. Xanım Baran Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti