...

"Unibank" biznes sahibləri üçün yeni xidmət təklif edir

İqtisadiyyat Materials 28 Noyabr 2017 20:25 (UTC +04:00)
Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan "Unibank" biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib.
"Unibank" biznes sahibləri üçün yeni xidmət təklif edir

Bakı. Trend:

Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan "Unibank" biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. İndi biznes sahibləri istədikləri vaxt banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilərlər.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bu yeni xidmət sahibkarlara hansı imkanı yaradır?

- Həftənin bütün günləri, cəmi bir neçə dəqiqə ərzində minimal məlumatlar daxil etməklə, 3 dildə Aktivasiya hesabı açmaq imkanı verir;

- Bronlaşdırılmış hesab 10 iş təqvim günü ərzində aktiv olur. Alınmış hesab nömrəsini siz kontragentlərə təqdim edə və sənədlərdə göstərə bilərsiniz. Bron etdiyiniz hesabı sonrakı mərhələdə də istifadə etmək üçün tələb olunan sənədlər paketini 10 gün müddətində Unibank-ın istənilən filialına təqdim etməlisiniz.

- Hesab rekvizitləri dərhal hesab sahibinin elektron ünvanına göndərilir.

Sahibkarlar elə indi buradan hesab bron edə bilərlər: https://onlineservices.unibank.az/AccountOrder/index.html

Biznes sahibləri "Unibank"ın yüksək keyfiyyətli bank məhsul və xidmətlərindən faydalanmaq üçün bankın filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

"Unibank" - Biznesinizə daimi dəstək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti