...

Regional direktor: Azərbaycan və FAO kasıb ölkələrə yardım üçün əməkdaşlığı genişləndirə bilər

İqtisadiyyat Materials 4 Dekabr 2017 08:00 (UTC +04:00)
Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsinə və aclığın aradan qaldırılmasına ehtiyacı olan ölkələrə dəstək üçün böyük potensiala malikdir.
Regional direktor: Azərbaycan və FAO kasıb ölkələrə yardım üçün əməkdaşlığı genişləndirə bilər

Bakı. Gülqız Muradova, Azad Həsənli - Trend:

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsinə və aclığın aradan qaldırılmasına ehtiyacı olan ölkələrə dəstək üçün böyük potensiala malikdir.

Bunu Trend-ə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun müavini və Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vladimir Rahmanin bildirib.

Onun sözlərinə görə, Azərbaycan və FAO regionun başqa ölkələrinə və regiondan kənar bu istiqamətdə əməkdaşlıqlarını genişləndirə bilərlər: "Üstəlik, ürəkdən inanıram ki, gələcəkdə Azərbaycan da ərzaq təhlükəsizliyi idarəçiliyi və kənd təsərrüfatı istehsalı sahəsində öz təcrübə və "nou-hau"sunu digər ölkələrlə bölüşə bilər".

FAO və Azərbaycanın münasibətləri haqqında danışaraq V.Rahmanin vurğulayıb ki, təşkilatın yerli nümayəndəliyi müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq edir: "Biz təşkilatın fəaliyyəti, məqsədi və siyasəti barədə ictimaiyyəti məlumatlandırmağa göstərdiyi dəstəyə görə, eləcə də genetik resursların mühafizəsi və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq çərçivəsində (IDEA) Azərbaycanın kənd rayonlarının inkişafı sahəsində liderliyinə görə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevaya minnətdarıq".

Regional direktor əlavə edib ki, IDEA və BMT Azərbaycanda davamlı inkişaf məqsədlərinin təbliği sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirlər.

V.Rahmanin bildirib ki, Azərbaycan hökuməti tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası əhalinin gəlirlərinin artmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə gətirib çıxarıb: "Bununla belə, qida məhsullarının tələbatı monitorinqi və artımın gecikməsi və qanazlığı problemlərinin həlli üçün insanların rasionunu artırmaq vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti