...

"Azər Türk Bank" 2017-ci ili mənfəətlə başa vurub

İqtisadiyyat Materials 18 Yanvar 2018 13:51 (UTC +04:00)
"Azər Türk Bank" 2017-ci ili mənfəətlə başa vurub.
"Azər Türk Bank" 2017-ci ili mənfəətlə başa vurub

Bakı. Trend:

"Azər Türk Bank" 2017-ci ili mənfəətlə başa vurub.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Dövlət bankı "Azər Türk Bank"ın 1 yanvar 2018-ci il tarixinə aktivləri 336 764 min manat səviyyəsində olub. Bankın Kredit portfelinin həcmi 119 838 min manat təşkil edib.

Ümumi gəlirlər 96 569min manat, xərclər 95 425 min manat olub. Ötən ilin son rübündə Bank 1 143 min manat həcmində mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 53 186 min manat olub. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

Ötən il ərzində Bank 180 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 75,7 milyon manatı əhalinin əmanətləridir.

Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.

Ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti