...

Baytarlıq Xidməti: İran və İraqdakı "quş qripi"nin Azərbaycana təhlükəsi yoxdur

İqtisadiyyat Materials 1 Fevral 2018 14:12 (UTC +04:00)
İran və İraqda "quş qripi"nin geniş yayılmasının Azərbaycana təhlükəsi yoxdur.
Baytarlıq Xidməti: İran və İraqdakı "quş qripi"nin Azərbaycana təhlükəsi yoxdur

Bakı. Ənvər Məmmədov - Trend:

İran və İraqda "quş qripi"nin geniş yayılmasının Azərbaycana təhlükəsi yoxdur.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Azərbaycan İrandan diri quş, quş əti, yumurta və digər quş məhsullarının idxalını ötən ilin mart ayından qadağan edib: “İraqdakı "quş qripi"nə gəldikdə isə, Azərbaycan bu ölkədən quş əti və digər məhsullar idxal etmir”.

Qeyd edək ki, yayılan məlumatlara görə, İranda ötən ilin martından başlyaraq "quş qripi" ilə əlaqədar 21 milyon quş məhv edilib. Məlumata görə, epidemiya ümumilikdə ölkənin 16 regionunu əhatə edib.

İraqda isə bu ilin yanvarından "quş qripi" virusunun yayılması barədə bildirilib. Məlumata görə, burada bir ay ərzində 7,2 mindən çox quş xəstəliyin qurbanı olub.

Xəbər lenti

Xəbər lenti